Aze AZE

B. e. - Cümə 09:00 - 18:00

Xocalı pr. 37 (Dəmirçi Plaza)

Fuad Qəşəmov

Fuad Qəşəmov konsaltinq sahəsində 12 ildən artıq təcrübəsi olan hüquq üzrə peşəkar ekspertdir. O, xüsusilə, mübahisələrin həlli, daşınmaz əmlak, müqavilələr, tənzimləyici qurumlarla iş və qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi, əqli mülkiyyət və komplayens sahələri üzrə ixtisaslaşıb. 

O, 2008-ci ildə Qafqaz Universitetində “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr təhsilini, 2011-ci ildə Bakı Dövlət Universistetində “Beynəlxalq hüquq” ixtisası üzrə magistr təhsilini bitirib. Hal-hazırda isə Böyük Britaniyanın Aberdin Universitetində “Mübahisələrin həlli üzrə” magistratura təhsilini davam etdirir.

Fuad Qəşəmov 2009-2011-ci illərdə müxtəlif konsaltinq şirkətlərində hüquqşünas kimi fəaliyyət göstərmiş, 2011-2012-ci illərdə “Azər-Türk Bank” ASC-də hüquqşünas vəzifəsində, 2012-2013-cü illərdə Reta Commerce Investment Consulting Şirkətində baş hüquqşünas vəzifəsində (Veysəloğlu Şirkətinə ezam olunmuş kənar hüquqşünas kimi) çalışmışdır.

2013-cü ilin mart ayından 2021-ci ilin may ayına qədər, Fuad Qəşəmov, Ekvita biznes konsaltinq şirkətində fəaliyyət göstərmiş, son 5 il ərzində şirkətin Mübahisələrin Həlli Praktikasına rəhbərlik etmiş və 2020-ci ilin yanvarından etibarən şirkətin partnyoru olmuşdur.

Fuad Qəşəmov, 2021-ci ilin may ayından etibarən Legalize Hüquq Şirkətinin təsisçi partnyorlarından biridir. O, həmçinin, 2021-ci ilin sentyabr ayından etibarən Dövlət Gömrük Komitəsinin Akademiyasında müəllim kimi fəaliyyət göstərir və hüquq fakültəsinin tələbələrinə kommersiya hüququnu tədris edir.

O, 25 avqust 2014-cü ildən etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun üzvüdür.

Fuad Qəşəmov, Azərbaycan dilini ana dili səviyyəsində, ingilis və türk dillərini əla səviyyədə, rus dilini isə orta səviyyədə bilir.

Fuad Qəşəmovun 12 illik peşəkar təcrübəsinə aşağıdakılar daxildir:

  • Global 500 reytinqinə daxil olan Koreya şirkətinə London Beynəlxalq Arbitraj Məhkəməsinin qərarının Azərbaycanda tanınması və icrası ilə bağlı hüquqi məsləhət vermişdir;

  • Böyük Britaniya şirkətini mürəkkəb daşınmaz əmlak mübahisəsi ilə bağlı Azərbaycan məhkəmələrində (bütün instansiyalarda) uğurla təmsil etmişdir (iddia məbləği 2 milyon ABŞ dollarından çox olmuşdur);

  • ABŞ şirkətini mürəkkəb müqavilə və daşınmaz əmlak mübahisəsi ilə bağlı təmsil etmişdir (iddia məbləği 20 milyon ABŞ dollarından çox olmuşdur);

  • ABŞ-ın neft-qaz şirkətini müxtəlif əmək və kommersiya mübahisələrində uğurla təmsil etmişdir;

  • Böyük Britaniyanın gəmiçilik şirkətini əmək mübahisəsində uğurla təmsil etmişdir;

  • Müxtəlif xarici şirkətləri Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində təmsil etmişdir;

  • Koreya şirkətinin 107 milyon ABŞ dollar dəyərində olan tikinti layihəsinə tam hüquqi dəstək göstərmişdir;

  • Böyük Britaniya investisiyalı şirkəti kredit və daşınmaz əmlak mübahisəsində təmsil etmişdir (iddia məbləği 130 milyon manatdan çox olmuşdur);

  • Turizm sahəsində fəaliyyət göstərən ən böyük dövlət şirkətlərindən birinin Qusar rayonunda yerləşən 2000 hektardan artıq torpaq sahəsinə dair mülkiyyət sənədlərinin alınması ilə bağlı hüquqi dəstək göstərmişdir;

  • AmCham Azərbaycan tərəfindən həyata keçirilən “Ağ Sənəd” layihəsinin hazırlanmasında iştirak etmişdir;

  • Böyük Britaniyanın hüquq şirkətinə Azərbaycan hüququnun tətbiqi və şahidlərin hazırlanması ilə bağlı defamasiya mübahisəsində dəstək göstərmişdir;

  • London Beynəlxalq Arbitraj Məhkəməsində dəyəri 100 milyon dollarla ölçülən və regionun ən böyük gəmiçilik şirkəti ilə dövlət şirkəti arasındakı mübahisədə Azərbaycan hüququnun tətbiqi ilə bağlı ekspert qismində iştirak etmişdir;

  • İstanbul Arbitraj Mərkəzində (İSTAC) tərəfin təyin etdiyi arbitr qismində iştirak etmişdir (mübahisə məbləği 30 milyon ABŞ dollarından çox olmuşdur);

  • Çin şirkətini məbləği 5 milyon dollardan artıq olan mübahisədə təmsil etmişdir;

  • Yerli qazma şirkətini dəyəri 20 milyon manatdan artıq olan mübahisədə təmsil etmişdir;

  • Rusiyanın və Ukraynanın qənnadı istehsalı ilə məşğul olan böyük şirkətlərini mürəkkəb əqli mülkiyyət mübahisələrində təmsil etmişdir (20-dən artıq əmtəə nişanı);

  • İtalyan şirkətini kommersiya mübahisəsində təmsil etmişdir;

  • Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “İnstitusional İslahatlar” layihəsində hüquq üzrə aparıcı ekspertlərdən biri olmuşdur;

  • AmCham Azərbaycanın Hüquq və Komplayens və Satınalma Komitələrinin birgə yaratdığı “Dövlət satınalmaları haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı işçi qrupunun fəaliyyətində iştirak etmişdir;

  • “Dövlət satınalmaları haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Əmtəə bazarının səmərəliliyi və rəqabət” işçi qrupunun fəaliyyətində iştirak etmişdir;

  • Xarici investorun və Azərbaycan Respublikasının səlahiyyətli mərkəzi icra hakimiyyəti orqanının alternativ enerji sahəsində çoxmilyonluq layihə ilə əlaqədar yaratdığı birgə müəssisənin fəaliyyətinə “Dövlət satınalmaları haqqında” Qanunun tətbiqi ilə bağlı hüquqi rəy vermişdir;

  • Turizm sahəsində fəaliyyət göstərən dövlət şirkətinin dövlət satınalmaları ilə bağlı fəaliyyətinin tam hüquqi müşayiət olunmasını həyata keçirmişdir.

 

Fuad Qəşəmov, aşağıdakı yerli və beynəlxalq təlimlərdə və tədbirlərdə iştirak etmişdir:

  • ABA/CEELI, “Canlı Hüquq” təlim proqramı, oktyabr 2005 – may 2006;
  • ABA/CEELI, “Kommersiya hüququ üzrə ingilis dili”, 01 – 14 sentyabr 2007;
  • ABA/CEELI, “Məhkəmələrdə vəkillik bacarıqları”, noyabr 2009;
  • ABA/CEELI, “Qiymətli kağızlar hüququ: İqtisadi əsasları, qanunvericilik və beynəlxalq təcrübə”, 04 sentyabr 2010;
  • ABA/CEELI, “Beynəlxalq ticarət (Inkoterms)”, 17 iyun 2012;
  • Matrix Seminars LTD, “FIDIC Müqavilə şərtləri 1999”, 28 aprel 2014, Bakı, Azərbaycan;
  • EF Beynəlxalq İngilis dili məktəbi, “Biznes dil kursları”, Malta, sentyabr 2014;
  • 10-cu Avropa-Qafqaz-Asiya Hüquq Forumu, Tbilisi, Gürcüstan, 17-20 iyun 2015-ci il;
  • İngilis Hüququ həftəsi, 30 noyabr - 2 dekabr 2015, Moskva, Rusiya Federasiyası;
  • Beynəlxalq Hüquqşünaslar Assossasiyasının İllik Konfransı, 18-23 sentyabr 2016, Vaşinqton, ABŞ;
  • Müqavilə hüququ, EDX vasitəsilə Harvard Universitetinin onlayn təlim təşəbbüsü, 29 dekabr 2017;
  • İSO 37001:2016: Rüşvət Əleyhinə İdarəetmə Sistemi, Təqdimat və Tətbiq, Britaniya Standartlar İnstitutu, may 2017;
  • Beynəlxalq Əqli Mülkiyyət Hüququ üzrə Forum, 06 iyun 2018, Kiyev, Ukrayna;
  • Əqli Mülkiyyət Hüququ və Siyasəti, EDX vasitəsilə Pensilvaniya Universiteti tərəfindən onlayn təlim təşəbbüsü, 28 dekabr 2018;
  • 13-cü İllik Hüquq Şirkətlərinin İdarəedilməsi Konfransı, 6 dekabr 2019, Moskva, Rusiya Federasiyası;
  • İSO 37001 Əsas Bələdçi, Lloyd’s Register, aprel 2020.

 

Digər fəaliyyətləri:

  • Canlı Hüquq proqramı çərçivəsində ABACEELI ilə əməkdaşlıq etmiş və orta məktəb şagirdlərinə insan hüquqlarına dair təlimlər keçmişdir (2005-2006);
  • Remedium Hüquq Mərkəzinin həmtəsisçilərindən biri olmuş və insan hüquqları sahəsində maarifləndirməni artırmaq məqsədilə “Öyrən tətbiq et, Öyrət təşviq et”layihəsinin həyata keçirilməsində iştirak etmişdir (2011);
  • ABŞ səfirliyinin maliyyə dəstəyi ilə remedium.az saytının yaradılmasında iştirak etmişdir (2011);
  • Az təminatlı insanlara cinayət işlərində müdafiəçi qismində pro bono hüquqi yardım göstərmişdir (2014 – 2016);
  • ELSA Azərbaycan tərəfindən Qəbələdə təşkil olunan Qış Hüquq Məktəbində müqavilə hüququ üzrə təlim keçmişdir (fevral 2018).

 

Məqalələri/Çıxışları

  • AmCham, İmpact jurnalı, 34-cü buraxılış, Yeni Məhkəmə İslahatlarının işığında – Azərbaycanda məhkəmə prosesi;
  • az, “Karantin rejimi fors-major halı sayılırmı?” (həm-müəllif);
  • az, Kommersiya mübahisələri;
  • “Azərbaycanda arbitraj qərarlarının icrası” (həm-müəllif);
  • Chambers Qlobal Təcrübə Bələdçisi, Beynəlxalq Arbitraj 2020, Azərbaycan, Hüquq və Təcrübə (həm-müəllif).