Aze AZE

B. e. - Cümə 09:00 - 18:00

Dəmirçi Plaza, 16-cı mərtəbə

Hüquq xidmətləri

Xidmətlərimiz

Hüquqi məsləhətlər

Bizim üstünlüklərimiz
Müştərilər bizi nə üçün seçirlər?

Bizi, analoji xidmətlər göstərən digər şirkətlərdən fərqləndirən əsas xüsusiyyətlər aşağıdakılardır:

Komandamız hüququn müxtəlif sahələri (mübahisələrin həlli, korporativ hüquq, müqavilələr hüququ, tənzimləyici qurumlarla iş və qanunvericiliyə uyğunluq, komplayens, əmək hüququ, gömrük hüququ, əqli mülkiyyət hüququ və s.) üzrə ixtisaslaşmış nəticəyönümlü peşəkarlardan ibarətdir. 

Biz, digər hüquq şirkətlərindən fərqli olaraq müştərilərimizin ehtiyaclarını dəqiq müəyyən etmək üçün əlavə səylər göstəririk və müştərilərimizin xüsusi tələblərinə uyğun olaraq fərdi yanaşma prinsipi əsasında xidmətlər göstəririk. Müştərilərimizdən gələn geridönüşləri daha keyfiyyətli xidmət göstərmək üçün imkana çeviririk. 

 

 

 

 

Xidmətlərimizi qabaqcıl təcrübə əsasında yüksək keyfiyyətlə göstərmək bizim üçün ən başlıca meyardır. Biz, heç bir halda (xidmətin göstərilməsi üçün tələb olunan vaxtın azlığı, ödənilən xidmət haqqının azlığı və s.) keyfiyyətlə bağlı güzəştə getmirik.

 

Biz, müştərilərimizin ehtiyaclarını və büdcəsini nəzərə alaraq, bir neçə xidmət haqqı seçimi təklif edirik. Əlverişli xidmət haqqı müqabilində yüksək keyfiyyətli xidmətlərimizdən faydalana bilərsiniz.