AZE

  • RUS
  • ENG

B. e. - Cümə 09:00 - 18:00

Xocalı pr. 37 (Dəmirçi Plaza)

Qiymət və keyfiyyətin əla nisbəti

Biz, sizin ehtiyacınıza uyğun olaraq hüquq xidmətlərini ən yüksək keyfiyyətlə və ən münasib qiymətlərlə sizə təklif edirik.

Müştəri fokuslu və nəticəyönümlü peşəkarlar

Biz, sizin ehtiyaclarınızı dəqiq müəyyən etməklə və nəticəyə yönəlmiş xidmətlər göstərməklə biznesinizə dəyər qatırıq.

Mürəkkəb məsələlər üçün spesifik həllər

Biz, sizin biznesiniz/təşkilatınız üçün ən qarışıq problemlərə xüsusi qayğı ilə fərdi yanaşırıq və ölçülüb-biçilmiş həllər təklif edirik.

Biz necə xidmət göstəririk?

Bizim korporativ dəyərlərimiz

Biz, müştərilərimizə xidmətlərimizi aşağıdakı korporativ dəyərlərimizin işığında göstəririk:

Empatiya
Sinerji
Etibarlılıq
Fərdi yanaşma
Proaktivlik
Mükəmməllik
Bizim üstünlüklərimiz

Müştərilər bizi nə üçün seçirlər?

Bizi, analoji xidmətlər göstərən digər şirkətlərdən fərqləndirən əsas xüsusiyyətlər aşağıdakılardır:

Komandamız hüququn müxtəlif sahələri (mübahisələrin həlli, korporativ hüquq, müqavilələr hüququ, tənzimləyici qurumlarla iş və qanunvericiliyə uyğunluq, komplayens, əmək hüququ, gömrük hüququ, əqli mülkiyyət hüququ və s.) üzrə ixtisaslaşmış nəticəyönümlü peşəkarlardan ibarətdir. 

Biz, digər hüquq şirkətlərindən fərqli olaraq müştərilərimizin ehtiyaclarını dəqiq müəyyən etmək üçün əlavə səylər göstəririk və müştərilərimizin xüsusi tələblərinə uyğun olaraq fərdi yanaşma prinsipi əsasında xidmətlər göstəririk. Müştərilərimizdən gələn geridönüşləri daha keyfiyyətli xidmət göstərmək üçün imkana çeviririk. 

 

 

 

 

Xidmətlərimizi qabaqcıl təcrübə əsasında yüksək keyfiyyətlə göstərmək bizim üçün ən başlıca meyardır. Biz, heç bir halda (xidmətin göstərilməsi üçün tələb olunan vaxtın azlığı, ödənilən xidmət haqqının azlığı və s.) keyfiyyətlə bağlı güzəştə getmirik.

 

Biz, müştərilərimizin ehtiyaclarını və büdcəsini nəzərə alaraq, bir neçə xidmət haqqı seçimi təklif edirik. Əlverişli xidmət haqqı müqabilində yüksək keyfiyyətli xidmətlərimizdən faydalana bilərsiniz.

Gördüyümüz işlər

Peşəkar təcrübəmizə dair nümunələr

Biz, gördüyümüz işlərlə bağlı təcrübələrimizi sizinlə bölüşürük. Müştərimizin tapşırığı, bizim gördüyümüz iş və işin nəticəsi ilə tanış ola bilərsiniz:

Biznesinizi hüquqi risklərdən necə qoruyuruq?

Riskləri Minimallaşdırmaq üçün 4 Addım

Hüquqi Audit

Biz, müştərimizin risklərini təhlil etmək və boşluqları müəyyən etmək üçün hüquqi audit həyata keçiririk.

Fəaliyyət Planı

Hüquqi audit həyata keçirildikdən sonra risklərin minimallaşdırılması və boşluqların aradan qaldırılması üçün tədbirləri və tarixləri əks etdirən fəaliyyət planı hazırlanır.

İcra mərhələsi

Hüquqi audit nəticəsində aşkar edilmiş nöqsanlar fəaliyyət planına uyğun olaraq aradan qaldırılır. Bu mərhələ müştərinin daxili komandası ilə qarşılıqlı əməkdaşlıq mühitində həyata keçirilir.

Yekun Mərhələ

Yekun mərhələdə şirkətin rəhbər heyəti ilə son müzakirələr aparılır, nəticələr (fəaliyyət planında təsvir olunmuş sənədlər) şirkətə təhvil verilir və müştərinin istəyinə uyğun olaraq onların implementasiyasına nəzarət olunur.

Xidmətlərimiz

Azərbaycanda hüquq xidmətləri

Bizimlə bağlı rəylər

Tərəfdaşlarımızdan və müştərilərimizdən gələn geridönüşlər

Bloqumuz

Hüquqi yazılar, məqalələr və xəbərlər

Bloqumuzda maraqlı hüquqi araşdırmalar, qanunvericilikdəki dəyişikliklərlə bağlı təhlillər və digər hüquq xəbərləri barədə məlumatlar əldə edə bilərsiniz.

Ünvan

Xocalı pr. 37 (Dəmirçi Plaza)

Telefon
+994 (51) 303-3460 +994 (12) 310-3460
Bizə yazın

Online hüquqi məsləhət

Hüquqi xidmətlərə ehtiyacınız varsa, lütfən bizə müraciət etməkdən çəkinməyin. Qısa müddətdə sizə geridönüş edəcəyik.