Aygün Əlizadə hüququn müxtəlif sahələrində çalışmış 10 ildən artıq təcürbəsi olan hüquq üzrə peşəkar ekspertdir. O, xüsusilə dövlət qulluğu, əmək hüququ, dövlət idarəçiliyi sahəsində ixtisaslaşıb.
O, 2009-cu ildə Qərb Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalvr təhsilini, 2011-ci ildə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə magistr təhsilini bitirib. Hal-hazırda isə Bakı Dövlət Universitetinin doktorantı , hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi ilə bağlı müdafiə mərhələsindədir.
Aygün Əlizadə 2009-2011-ci illərdə Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyində təcrübələr keçmiş, 2012-2014-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində baş məsləhətçi, 2014- 2020-ci illərdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində böyük məsləhətçi, 2020- 2021-cilin avqust ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində Sektor müdiri vəzifəsində çalışıb. 2021-ci ilin avqust ayından etibarən Legalize Hüquq Şirkətində baş hüquqşünas olaraq əmək fəaliyyətini davam etdirir.
Aygün Əlizadə eyni zamanda 2011-ci ildən hal-hazıradək pedaqoji fəaliyyətlə məşğuldur. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəlliməsidir və Beynəlxalq Hüquq, Beynəlxalq Xüsusi hüquq, Avropa hüququ, Beynəlxalq Dəniz hüququ fənnlərini tədris etmişdir.
Aygün Əlizadə, Azərbaycan dilini ana dili səviyyəsində, türk dilini əla səviyyədə, rus və ingilis dillərini isə yaxşısəviyyədə bilir.
Aygün Əlizadə, aşağıdakı yerli və beynəlxalq təlimlərdə və tədbirlərdə iştirak etmişdir:
ABA/CEELI, “Canlı Hüquq” təlim proqramı, oktyabr 2005 – may 2006;
ABA/CEELI, “Kommersiya hüququ üzrə ingilis dili”, 01 – 14 sentyabr 2007;
ABA/CEELI, “Məhkəmələrdə vəkillik bacarıqları”, noyabr 2009;
ABA/CEELI, “Qiymətli kağızlar hüququ: İqtisadi əsasları, qanunvericilik və beynəlxalq təcrübə”, 04 sentyabr 2010;
ABA/CEELI, “Beynəlxalq ticarət (Inkoterms)”, 17 iyun 2012;
Azərbaycan Respublikası İnformatika institutu, informasiya texnologiyaları kursu 2012;
Karnegi Club Training Center, “Natiqliq Bacarıqları” 2013;
Karnegi Club Training Center, “Vaxtın idarə olunması” 2013;
Karnegi Club Training Center, “Beyin Xəritəsi (Mind Map)” 2013;
ASAN imza, Elektron imza sertifikatları təlimləri 2014;
Ədliyyə Akademiyası Notariat xidmətləri, VVADQ təlimləri 2014;
Daxili İşlər Nazirliyi Şəxsiyyət vəsiqəsi, Ümumvətəndaş pasportu ilə bağlı təlimlər 2014;
Dövlət Miqrasiya Xidməti, “Müvəqqəti yaşamaq üçün icazə, Daimi yaşamaq üçün icazə, Fərdi iş icazəsi” təlimləri 2014;
Dövlət Vergi Xidməti, “fiziki və hüquqi şəxslərin dövlət qeydiyyatına alınması” təlimləri 2014;
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti – “Daşınmaz əmlakın qeydiyyatı, yüklülüyü ilə bağlı təlimlər” 2014;
Dövlət İmtahan Mərkəzi “ Dövlət qulluğu təlimləri” 2015;
“Bərpa Olunan Enerji Mənbələri” ilə bağlı təlimlər 2016;
Enerji hüququ ilə bağlı təlimlər 2017-2018;
Energetika, Bərpa olunan enerji təlimi – ADA Universiteti 2019;
Əməyin Mühafizəsi məsələləri ilə bağlı təlimlər -2020;
Əmək Məcəlləsi ilə bağlı təlimlər, 2020;
İnzibati Xətalar Məcəlləsi ilə bağlı təlimlər, 2020.
Digər fəaliyyətləri:
Qərb Universiteti nəzdində Hüquq Klinikasında vətəndaşlara pulsuz hüquqi yardım fəaliyyəti göstərmişdir.
Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq şöbəsində təcrübə keçmişdir.
Avropa İnsan Hüquqları üzrə onlayn təlim və seminarlarda iştirak etmişdir.
Məqalələri/Çıxışları
“Beynəlxalq Kommersiya Arbitraji Məhkəməsi” Qərb Universiteti jurnalı;
Beynəlxalq hüququn prinsipləri , BDU elmi konfrans;
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, Beynəlxalq hüquq jurnalı;
Beynəlxalq Cinayət hüququ, Qanunsuz silah ticarətinə qarşı beynəlxalq hüquqi mübarizə, BDU-nun 100 illiyinə həsr olunmuş Beynəlxalq konfrans.