Aze AZE

B. e. - Cümə 09:00 - 18:00

Xocalı pr. 37 (Dəmirçi Plaza)

Afət Yusubova

Afət Yusubova

Afət Yusubova istehsalat sahəsində müxtəlif vəzifələrdə çalışaraq bir çox layihələrin icrasında iştirak etmiş peşəkar mütəxəssisdir. O, 30 ildən artıqdır müddətdə həm iqtisadçı, həm əmək üzrə baş mütəxəssis, həm də əmək haqqı sahəsində çalışmışdır. 

“Bakı Metropoliteni” QSC-də fərqli iş rejimlərinin, fərqli sahələrin (tikinti və istehsalat), zərərli iş şəraitinin olması əmək fəaliyyəti dövründə onun bir çox problemlərlə qarşılaşması və bunun nəticəsində böyük və zəngin təcrübə toplaması ilə nəticələnmişdir. Əlavə olaraq fərdi əmək mübahisələrində ortaya çıxan problemlərin həll yollarının müəyyən olunmasında, iş yerlərində xronometrajın həyata keçirilməsində, çoxnövbəli iş rejimlərinə, gecə və axşam növbələrinə uyğun iş normalarının qanunvericiliyin tələblərinə uyğun müəyyən edilməsində zəngin təcrübəyə malikdir.

Son illər ərzində iş şəraiti, iş normaları və əmək haqqı sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi (Hay-Grading sisteminin tətbiqi) istiqamətlərində həyata keçirilən layihələrin aparıcı qüvvəsi olmuşdur. 
Afət Yusubova hal-hazırda “Bakı Metropoliteni” QSC-nin Əmək və əmək haqqı şöbəsinin rəisidir.