Legalize Hüquq şirkəti və “Bakı Metropoliteni” QSC-nin Təlim-Tədris Mərkəzi birgə əməkdaşlıq çərçivəsində əmək qanunvericiliyinin düzgün tətbiqi, insan resurslarının idarə edilməsi və planlaması, fərdi əmək mübahisələri ilə bağlı yerli və beynəlxalq təcrübəyə əsaslanan “Əmək hüququ və İnsan Resurlarının İdarə edilməsi” ilə bağlı 8 sessiyadan ibarət təlimlər təşkil edir.
Aprel ayından başlayaraq 8 addımda peşəkar fəaliyyətinizi daha səmərəli edə,çalışdığınız müəssisəni böyük maliyyə itkiləri ilə nəticələnən risklərdən qoruya bilərsiniz!
Təlim daha çox praktiki həllər üzərində (dövlət orqanları ilə münasibət, müxtəlif sahələrə uyğun insan resurslarının təşkili və əməyin ödənilməsi sistemlərinin müəyyən edilməsi və s.) həyata keçirilməklə aşağıdakı mövzuları əhatə edəcək:
- Effektiv strukturun qurulması, insan resurslarının planlaması və işə qəbul prosesinin qurulması;
- İşə qəbul prosesinin əmək qanunvericiliyinə uyğun həyata keçirilməsi, əmək müqavilələri, ƏMAS sistemi;
- Motivasiya sisteminin qurulması, karyeranın idarə edilməsi mexanizmlərinin tətbiqi, əsas səmərəlilik göstəricilərinin (KPİ) müəyyən edilməsi və təlimlərin təşkil edilməsi;
- İş və istirahət vaxtları, çoxnövbəli iş rejimləri və buna uyğun dərəcələndirmə və əməyin ödənilməsi sistemlərinin qurulması;
- İntizam tənbeh tədbirləri və fərdi əmək mübahisələri;
- Əmək Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi aidiyyatı maddələrin qarşılıqlı təhlili.
Nəzəri və praktiki biliklərini artırmaq, fərqli təcrübə ilə tanış olmaq, biznesini effektiv və düzgün idarə etmək istəyən:
- İnsan resursları sahəsində çalışan mütəxəssislər;
- Tələbələr;
- Digər maraqlı şəxslər iştirak edə bilər.
Təlimçilərimiz əmək qanunvericiliyinin tətbiqi, insan resurslarının idarə edilməsi, əmək normalarının müəyyən edilməsi və tətbiqi, fərdi əmək mübahisələri sahələrində 10 ildən artıq təcrübəyə malik peşəkar mütəxəssislərdir.
Təlimçilər haqqında məlumatlar:
Təlim proqramı ilə linkə keçid edərək tanış ola bilərsiz
Təlimin ödənişi: 250 AZN
- Təlim ödənişi ilə bağlı nəzərdə tutulan endirimlər:
- Tələbələr üçün 100 AZN;
- korporativ müştərilər üçün: eyni müəssisədən 2 əməkdaş iştirak edərsə hər birinə 10%, 3 və daha artıq əməkdaş iştirak edərsə hər birinə 20% endirim tətbiq ediləcək.
Təlimlər həftənin iş günləri hər həftə 2 gün olmaqla saat 18:00 -dan 20:00 -a kimi davam edəcəyi nəzərdə tutulub. Təlimin keçiriləcəyi günlər iştirakçıların və ya korporativ müştərilərin istəklərinə uyğun olaraq dəyişdirilməsi mümkündür.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.
Ətraflı məlumat və qeydiyyat üçün
Aşağıdakı əlaqə nömrəsi ilə əlaqə saxlaya:
+994 (51) 303-34-60 və ya [email protected]
elektron poçt ünvanına müraciət göndərə bilərsiz.