Hüquq sahəsində 12 ildən artıq təcrübəyə malik olan Ruslan Bayramov Legalize Hüquq Şirkətinin təsisçi partnyorlarından biridir. O, 2008-ci ildə Qafqaz Universitetinin Hüquq fakültəsini bitirib. R. Bayramov şirkətlər hüququ, korporativ idarəetmə, elektron kommersiya, komplayens, əmək münasibətləri üzrə ixtisaslaşıb.
Ruslan Bayramov karyerası ərzində ölkənin müxtəlif holdinq şirkətlərində hüquq məsləhətçisi və hüquq direktoru vəzifələrində çalışıb, Azərbaycanın ən qabaqcıl hüquq şirkətlərinin birində komplayens, əmək və miqrasiya sahələrinə rəhbərlik edib.
Ruslan Bayramov ISO 37001 – Rüşvətxorluqla Mübarizənin İdarəetməsi Sistemi üzrə ixtisaslaşmış daxili auditordur. O, Azərbaycan dili ilə yanaşı ingilis, türk və rus dillərində danışır.
TƏCRÜBƏ
70-dən çox mikro, kiçik və orta sahibkarlıq subyektində rüşvətxorluqla mübarizə üzrə komplayens sisteminin qurulması
Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması ilə bağlı 50-dən çox normativ-hüquqi aktın hazırlanması
Ölkənin ən böyük hotellər şəbəkəsinə malik şirkətin hüquqi fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi
Ölkənin enerji sahəsində ən böyük şirkətlərinin birinə 3 milyon dollar məbləğində borcun geri qaytarılması üzrə hüquqi dəstəyin verilməsi
Dövlət investisiyalı ən böyük turizm şirkətinin restrukturizasiyası ilə bağlı hüquq müşavirliyinin həyata keçirilməsi
Fortune 100 siyahısında olan şirkətlərlə müqavilə danışıqlarının idarə edilməsi
Xarici investorlara Azərbaycanda kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi dəstəyin verilməsi
Publik-hüquqi şəxslərin təsis edilməsi və tam fəaliyyətə başlaması ilə bağlı hüquqi dəstəyin verilməsi
Dövlət və özəl kommersiya şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqi
Aİ Komissiyası tərəfindən maliyyələşdirilmiş Azərbaycanda Xüsusi İqtisadi Zonaların inkişafı layihəsində hüquqi dəstəyin verilməsi
Dünya Bankı tərəfindən maliyyələşdirilmiş Azərbaycan Dəmir Yollarında Əsas vəsaitlərin İdarəetməsi Sisteminin qurulması layihəsində hüquq müşavirliyinin həyata keçirilməsi
Aİ Komissiyası tərəfindən maliyyələşdirilmiş Azərbaycanda İstinad Laboratoriyalarının qurulması layihəsi üzrə hüquqi dəstəyin verilməsi
AmCham Azərbaycan tərəfindən həyata keçirilən “Ağ Sənəd” layihəsinin hazırlanmasında iştirak edilməsi