AZE

  • RUS
  • ENG

B. e. - Cümə 09:00 - 18:00

Xocalı pr. 37 (Dəmirçi Plaza)

Lalə Əsgəri

Lalə Əsgəri hüquq və insan resurslarının idarə edilməsi sahəsində 5 ildən çox iş təcrübəsinə malikdir. O, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsi, 2017-ci ildə Bakı Dövlət Universitetinin “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisası üzrə magistr dərəcəsi almışdır.
Əmək fəaliyyətinə 2017-ci ildə ölkə ərazisində pərakəndə satış sektorunda böyük nüfuza malik “Sinteks” şirkətlər qrupunun İnsan resurslarının idarə edilməsi şöbəsində başlamışdır və 2020-ci ilədək İnsan Resursları üzrə administrator vəzifəsində işləyərək əmək münasibətlərinin tənzimlənməsi və əmək mübahisələrin həll edilməsi ilə bağlı funksiyaları icra etmişdir.
2020-ci ildən 2021-ci ilədək “Sinteks” şirkətlər qrupunun Hüquq şöbəsinə keçirilərək şirkətin gündəlik fəaliyyətinə hüquqi dəstəyin göstərilməsi, kommersiya mübahisələrinin və miqrasiya məsələlərinin həll edilməsi, əqli mülkiyyət hüquqlarının həyata keçirilməsi və qorunması yönümdə işlər aparıb.
2021-ci ildən 2023-cü ilədək ictimai iaşə sahəsində dünyaca məşhur “KFC”, “Pizza Hut” və “Simit Sarayı” brendlərinin ölkədə rəsmi təmsilçisi olan “GFC” MMC-də Hüquqşünas vəzifəsində çalışaraq  müxtəlif növ müqavilələrin hazırlanması və ekspertizasının keçirilməsi,  şirkətin mənafelərini inzibati orqanlarda və məhkəmələrdə təmsil edilməsi və qorunması, mübahisələrin məhkəməyədək həll edilməsi ilə bağlı fəaliyyət göstərmişdir.
O, 2023-cü ilin avqust ayından Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür və hal-hazırda öz əmək fəaliyyətini “Legalize” hüquq şirkətində davam etdirir. Azərbaycan və rus dillərini səlis, ingilis dilini əla səviyyədə bilir.