İmamverdi Novruzlu hüquq sahəsində 2 ildən artıq təcrübəsi olan hüquqşünasdır. O, xüsusilə, mübahisələrin həlli, daşınmaz əmlak, müqavilələr, tənzimləyici qurumlarla iş, əqli mülkiyyət və xüsusi ilə gömrük hüququ sahələri üzrə ixtisaslaşıb.
O, 2020-ci ildə Dövlət Gömrük Komitəsinin Akademiyasının “hüquqşünaslıq” ixtisası üzrə bakalavr təhsilini bitirmişdir.
İmamverdi Novruzlu, 2019-cu ildə gömrük orqanlarında, xüsusi ilə Dövlət Gömrük Komitəsi, Əməliyyat və İstintaq Baş İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində gömrük hüququ sahəsində dərin təcrübə qazanmışdır. Həmçinin, o, 2019-cu ildə “Veysəloğlu Group” MMC-də hüquqşünas köməkçisi kimi çalışmışdır. Bundan əlavə o, Ekvita biznes konsaltinq şirkətində 2019-2020-ci illərdə hüquqşünas köməkçisi kimi karyerasını davam etdirmişdir. 2020-ci ildə Yasamal Rayon Məhkəməsində hakim köməkçisi olaraq məhkəmə təcrübəsi qazanmışdır. 2021-ci ilin iyul ayından Legalize Hüquq Şirkətində hüquqşünas olaraq çalışır.
İmamverdi Novruzlu, Azərbaycan dilini ana dili səviyyəsində, ingilis və türk dillərini əla səviyyədə, rus dilini isə orta səviyyədə bilir.
İmamverdi Novruzlu, aşağıdakı yerli və beynəlxalq təlimlərdə və tədbirlərdə iştirak etmişdir:
ELSA Azərbaycan (Avropa Hüquq Tələbələrinin Assosiasiyası),“Tv şəklində Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsi”, 10 yanvar 2017;
ELSA Azərbaycan, “Korporativ hüquq və hüquqi yazı”, 15 iyun 2017;
ELSA Azərbaycan, “Hüquqi sənədlərin tərtib qaydası”, 23 aprel 2018;
ELSA Azərbaycan, “Əmtəə Nişanı Hüququ”, 17 mart 2019;
SUES İB və ADA Universiteti Tələbə Hökuməti, “Davos Model Forum”, 15 avqust 2019;
Daxili İşlər Nazirliyinin Polis Akademiyası, “Müasir sosial-iqtisadi şəraitdə uşaqların hüquqlarının müdafiəsinin aktual problemləri”, 22 noyabr 2019;
ILSA (Beynəlxalq Hüquq Tələbələrinin Assosiasiyası), “2020 Philip C. Jessup International Law Moot Court Competition before the International Court of Justice in the Case concerning the Helian Hyacinth”, 10 yanvar 2020;
Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının "Sərhəddə ticarət" indikatoru üzrə işçi qrupunun konfransı, 15 may 2020.
Digər nailiyyətləri:
Dövlət Gömrük Komitəsinin Akademiyası, “Ümumdünya İnsan Hüquqları Günü”-nə həsr olunmuş Hüquq Olimpiadasında iştirak edərək I yer tutmuş, medal və kuboka layiq görülmüşdür (10 dekabr 2019).
Məqalələri:
az, “İdxal-ixrac vergilərindən azadolma haqqında sertifikatın əldə edilməsi” (həm-müəllif).