Aze AZE

B. e. - Cümə 09:00 - 18:00

Dəmirçi Plaza, 16-cı mərtəbə

Komplayens xidmətləri

Biz, müştərilərimizə rüşvətxorluqla mübarizə (ABC) və  cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (AML/CFT) sahələrini əhatə edən xidmətlər göstəririk.

Bakıda komplayens xidmətləri

  1. ABC və AML/CFT üzrə qiymətləndirilmənin həyata keçirilməsi;
  2. Şirkətin bütün daxili proseslərinin ISO 37001 Rüşvətxorluq əleyhinə idarəetmə sistemləri standartlarına (ABMS) uyğunlaşdırılması və ISO 37001 sertifikatlaşdırılması üzrə məsləhət xidmətlərinin göstərilməsi;
  3. Şirkətin daxili komplayens funksiyasının icra edilməsi;
  4. Daxili təhqiqatların aparılması;
  5. Bu sahədə təlimlərin keçirilməsi.

Xüsusilə, müştərilərə təklif etdiyimiz İSO 37001 sertifikasiyasına hazırlıq və müvafiq auditin təşkili ilə bağlı dəstək xidmətləri ilə bağlı aşağıdakı məlumatları bilməyiniz vacibdir:

İSO 37001 nədir və harada tətbiq olunur?

İSO 37001:2016 rüşvətxorluğa qarşı idarəetmə sistemidir və fəaliyyət növündən, ölçüsündən və mahiyyətindən asılı olmayaraq, bütün təşkilatlarda (və ya təşkilatın bir hissəsində), dövlət, özəl və ya qeyri-kommersiya sektorlarında tətbiq edilmək üçün nəzərdə tutulmuşdur. 

Üstünlükləri

  1. Komplayens baxımından
    • Rüşvətxorluq risklərini azaldır;
    • Şirkətin (təşkilatın) rüşvətxorluqla mübarizə aparmasını təsdiq edir;
    • Rüşvətxorluğa qarşı mübarizə ilə bağlı davamlı inkişafı təmin edir.
  2. Korporativ etika baxımından
    • Şirkəti (təşkilatı) işgüzar nüfuza dəyə biləcək zərərlərdən qoruyur;
    • Təşkilata qarşı olan inamı və güvəni təşviq edir;
    • Maraqların toqquşması hallarının qarşısını alır;
    • Rüşvətxorluğa qarşı mübarizə mədəniyyətini inkişaf etdirir.
  3. Biznes baxımından
    • Rəqabət qabiliyyətini artırır;
    • Şirkətin (təşkilatın) beynəlxalq səviyyədə tanınmasını təşviq edir və xarici tərəfdaşlar arasında nüfuzunu artırır;
    • Yeni biznesin cəlb olunmasına şərait yaradır.


Sertifikasiyaya hazırlıq hansı mərhələlərdən ibarətdir?

1. İlkin qiymətləndirmə
Müştəriyə ilkin qiymətləndirmənin həyata keçirilməsi üçün sorğu və tələb olunan sənədlərin siyahısı göndərililir. Təqdim olunan sənədlər və məlumatlar təhlil edilir və ilkin qiymətləndirmə hesabatı hazırlanır. 

2. Risklərin təhlili
Bu mərhələdə ilkin qiymətləndirmə hesabatı əsasında risklər qiymətləndirilir və və risklərin aradan qaldırılması və ya azaldılması ilə bağlı tədbirlər planı hazırlanır. 

3. Sənədlərin tərtibatı
İlkin qiymətləndirmə hesabatına və tədbirlər planına əsasən şirkətin (təşkilatın) sertifikasiyadan keçməsi üçün tələb olunan bütün sənədlər (misal üçün, davranış kodeksi, rüşvətxorluq və korrupsiya əleyhinə siyasət, monitorinq proqramı və s.) hazırlanır və ya mövcud sənədlər İSO 37001 standartının tələblərinə uyğunlaşdırılır. 

4. Kommunikasiya və təlimlər
Bu mərhələdə işçilərlə ilkin tanışlıq və məlumatlandırma, daxili audit, işçilərin risk kateqoriyalarına uyğun təsnifatı, risk kateqoriyalarına uyğun təlimlərin keçirilməsi, audit olunacaq şəxslərin siyahısının müəyyən edilməsi və auditə hazırlıq məqsədilə işçilərin təlimatlandırılması və onlarla sınaq müsahibələr həyata keçirilir. 

5. Auditin təşkili və dəstək 
Bu mərhələ auditin təşkilini, audit zamanı təşkilatın müşayiət olunmasını və auditdən sonrakı müddət ərzində təşkilata dəstəyi əhatə edir. 

Legalize komandasının bu sahədə təcrübəsi: 
Şirkətin təsisçi-partnyorlarının əsas ixtisaslaşma sahələrindən biri də komplayensdir. Ruslan Bayramov  ISO 37001 – Rüşvətxorluqla Mübarizənin İdarəetməsi Sistemi üzrə ixtisaslaşmış daxili auditordur. O, 70-dən çox mikro, kiçik və orta sahibkarlıq subyektində rüşvətxorluqla mübarizə üzrə komplayens sisteminin qurulmasında iştirak etmişdir.  Fuad Qəşəmov İSO 37001 ilə bağlı bu təlimlərdə iştirak etmişdir: İSO 37001:2016: Rüşvət Əleyhinə İdarəetmə Sistemi, Təqdimat və Tətbiq, Britaniya Standartlar İnstitutu, may 2017; İSO 37001 Əsas Bələdçi, Lloyd’s Register, aprel 2020.

Bizə müraciət edin
Bloqumuz

Hüquqi yazılar, məqalələr və xəbərlər

Bloqumuzda maraqlı hüquqi araşdırmalar, qanunvericilikdəki dəyişikliklərlə bağlı təhlillər və digər hüquq xəbərləri barədə məlumatlar əldə edə bilərsiniz.