Biz, korporativ müştərilərimizin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini təmin etmək və onları müxtəlif tənzimləyici qurumlar qarşısında təmsil etmək üçün zəruri olan bütün hüquq xidmətlərini göstəririk.
Tənzimləyici qurumlarla iş və qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi xidmətlərimizə, xüsusilə aşağıdakılar daxildir:
- Lisenziyaların və icazələrin alınması ilə bağlı qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və müvafiq tənzimləyici qurum(lar) qarşısında təmsilçilik;
- Ekologiya və ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və müvafiq tənzimləyici qurum qarşısında təmsilçilik;
- Valyuta tənzimi və valyuta əməliyyatları sahəsində qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və müvafiq tənzimləyici qurum və banklar qarşısında təmsilçilik;
- İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və müvafiq tənzimləyici qurum qarşısında təmsilçilik;
- Şəhərsalma və tikinti sahəsində qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və müvafiq tənzimləyici qurumlar qarşısında təmsilçilik;
- Texniki təhlükəsizlik və əməyin təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və müvafiq tənzimləyici qurumlar qarşısında təmsilçilik;
- Reklam sahəsində qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və müvafiq tənzimləyici qurum qarşısında təmsilçilik;
- Daşınmaz əmlak sahəsində qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və müvafiq tənzimləyici qurum qarşısında təmsilçilik;
-
Gömrük sahəsində qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və müvafiq tənzimləyici qurum qarşısında təmsilçilik.