Aze AZE

B. e. - Cümə 09:00 - 18:00

Xocalı pr. 37 (Dəmirçi Plaza)

Müqavilə hüququ ilə bağlı xidmətlər

Biz, korporativ müştərilərimizə müqavilə hüququ sahəsində aşağıdakı xidmətləri göstəririk.

  • Müxtəlif növ yerli alqı-satqı, xidmət, yük daşıma, icarə və digər müqavilələrin tərtibi və hüquqi ekspertizası;
  • Azərbaycan, rus və ingilis dillərində xarici elementli müqavilələrin tərtibi və hüquqi ekspertizası;
  • Müqavilə şərtlərinin müştərinin leyinə uyğunlaşdırılması üçün kontragentlə danışıqların aparılması;
  • Müqavilə nəticəsində yaranan risklər barədə məlumatlandırma və mövcud risklərin idarə olunması;
  • Müqavilə şərtlərinin pozulması halında məhkəməyə qədərki prosesdə və məhkəmə mübahisələrində müştərini təmsil etmək.

Müqavilələrin peşəkar hüquqşünaslar tərəfindən hazırlanması niyə vacibdir?

  1. Şirkəti böyük risklərdən və maliyyə itkilərindən qoruyur. Bundan əlavə müqavilə şərtlərinin pozulması hallarında və ya məhkəmə çəkişmələrində ortaya çıxan mübahisələr zamanı şirkətin mövqeyinin qorunması baxımından faydalıdır;
  2. Xarici elementli müqavilələrdə dövlət nəzarət qurumları tərəfindən böyük məbləğli cərimə olunmaq riskindən qoruna bilərsiz .
  3. Peşəkar hüquqşünaslar tərəfindən hazırlanmış müqavilələr sizi böyük maliyyə itkilərindən qorumaqla bərabər işgüzar nüfuzunuzu da qorumağa yardımçı olur.

Müqavilərin tərtibatı və ekspertizası

Kontragentlərlə danışıqlar əsasında qarşılıqlı razılaşmaya gəlinə bilən məsələlərlə bağlı müştərinin leyinə müqavilə tərtib edilir. Nəzərə alına bilən risklər barədə müştəriyə məlumat təqdim edilir. Müqavilə şərtlərinin icrası prosesi nəzarətdə saxlanılır və proses tam yekunlaşanadək müşayiət olunur.

Legalize komandasının bu sahədə təcrübəsi:

  • Şirkətin hər iki partnyorunun müqavilə hüququ üzrə 10 ildən artıq təcrübəsi mövcuddur;
  • Qeyri-neft sektorunun inkişafı sahəsində fəaliyyət göstərən dövlət qurumuna Azərbaycan, rus və ingilis dillərində müxtəlif növ müqavilələrin tərtib olunması və hüquqi ekspertizası ilə bağlı hüquqi dəstək göstərmişdir (təqribən 100-dən artıq);
  • Tikinti sahəsində fəaliyyət göstərən yerli şirkətlər qrupuna Azərbaycan, rus və ingilis dillərində müxtəlif növ müqavilələrin tərtib olunması və hüquqi ekspertizası ilə bağlı hüquqi dəstək göstərmişdir (təqribən 150-dən artıq);
  • Rus investor şirkəti üçün investisiya müqaviləsinin bağlanmasında iştirak etmiş və hüquqi dəstək çərçivəsində həmin şirkət üçün təqribən 100-dən artıq müqavilənin tərtibində və hüquqi ekspertizasında iştirak etmişdir;
  • Azərbaycanın aparıcı universitetlərindən biri üçün müqavilə layihələrinin hazırlanmasında iştirak etmişdir;

Müqavilə münasibətləri ilə bağlı olan çoxsaylı kommersiya mübahisələrində şirkətlərin maraqlarını təmsil etmişdir (təqribən 50-dən artıq mübahisə).

Bizə müraciət edin
Bloqumuz

Hüquqi yazılar, məqalələr və xəbərlər

Bloqumuzda maraqlı hüquqi araşdırmalar, qanunvericilikdəki dəyişikliklərlə bağlı təhlillər və digər hüquq xəbərləri barədə məlumatlar əldə edə bilərsiniz.