AZE

  • RUS
  • ENG

B. e. - Cümə 09:00 - 18:00

Xocalı pr. 37 (Dəmirçi Plaza)

Mübahisələrin həlli

Biz, müştərilərimizə mübahisələrin həlli ilə bağlı əhatəli hüquqi xidmətlər göstəririk. Bu xidmətlərə ənənəvi üsul hesab edilən mübahisələrin məhkəmə qaydasında həlli ilə bağlı təmsilçilik xidmətləri ilə yanaşı, mübahisələrin alternativ üsullarla həlli ilə bağlı tərəfin təmsil olunması (mediasiya və ya arbitraj prosesində təmsilçilik) xidmətləri də daxildir.

Mübahisələrin məhkəmə qaydasında həlli xidmətlərimiz müştərilərimizin birinci instansiya məhkəmələrində, apellyasiya instansiyası məhkəmələrində və Ali Məhkəmədə təmsil olunmasını əhatə edir.

Təcrübəli komandamız, xüsusilə aşağıdakı sahələr üzrə ixtisaslaşıb:

  • Kommersiya mübahisələri;
  • İnzibati hüquq mübahisələri;
  • Əmək mübahisələri;
  • Daşınmaz əmlak mübahisələri;
  • Sığorta mübahisələri;
  • Əqli mülkiyyət mübahisələri;
  • Kredit (borc) və ipoteka mübahisələri;
  • Lizinq mübahisələri;
  • Vergi mübahisələri;
  • Gömrük mübahisələri;
  • İnzibati xətalarla bağlı mübahisələr.

Mübahisələrin həlli ilə bağlı xidmətlərimizin siyahısına, həmçinin, xarici məhkəmələrə və xarici arbitrajlara təqdim etmək üçün xarici hüquq şirkətlərinə və ya təşkilatlara Azərbaycan hüququna dair hüquqi rəylərin verilməsi daxildir.

Bundan əlavə, komanda üzvlərimizin mediasiya və arbitraj sahəsində təcrübəsi var. Xarici məhkəmə və arbitraj qərarlarının tanınması və icrası sahəsində də hüquqi xidmətlər göstəririk.

Müştərilərimizin istəyinə uyğun olaraq məhkəmə qərarlarının icrası ilə bağlı tam hüquqi dəstək göstəririk.

Bizə müraciət edin
Bloqumuz

Hüquqi yazılar, məqalələr və xəbərlər

Bloqumuzda maraqlı hüquqi araşdırmalar, qanunvericilikdəki dəyişikliklərlə bağlı təhlillər və digər hüquq xəbərləri barədə məlumatlar əldə edə bilərsiniz.