Biz, müştərilərimizə korporativ hüququn müxtəlif sahələrini əhatə edən xidmətlər göstəririk.
Xidmətlərimizə aşağıdakılar daxildir:
- Təsis müqavilələrinin hazırlanması;
- Hüquqi şəxslərin, filial və nümaynədəliklərin təsis edilməsi;
- Şirkətin icra orqanının fidusiar öhdəliklərinin müəyyən edilməsi;
- Ümumi yığıncaqların və Müşahidə şurasının iclaslarının təşkili, qərarların hazırlanması, hesabatların verilməsi;
- Hüquqi şəxslərin tənzimləyici qurumlar və qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi;
- Aidiyyəti şəxslərlə əqdlərə dair məsləhət xidmətlərinin göstərilməsi;
- Hüquqi şəxslərin dövlət qeydiyyatı məlumatlarında dəyişikliyin edilməsi;
- Hüquqi şəxslərin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə);
- Hüquqi şəxslərin ləğvi;
-
Müflisləşmə və iflas xidmətləri;
-
Publik hüquqi şəxslər, dövlət agentlik və xidmətlərinin restrukturizasiyası;
-
Publik hüquqi şəxslərin nizamnamələrinin hazırlanması.