Biz, korporativ müştərilərimizə əqli mülkiyyət hüququ sahəsində xidmətlər göstəririk.
Xidmətlərimizə aşağıdakılar daxildir:
- Əmtəə nişanlarına, ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə və sənaye mülkiyyətinin digər obyektlərinə olan hüquqların rəsmiləşdirilməsi;
- Əqli mülkiyyət hüququ obyektlərinin istifadəsi üçün müqavilələrin hazırlanması;
- Əmtəə nişanları ilə bağlı yaranmış mübahisələrin Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasında həlli ilə bağlı hüquqi xidmətlər;
- Əmtəə nişanları ilə bağlı yaranmış mübahisələrin inzibati məhkəmələrdə həlli ilə bağlı hüquqi xidmətlər.
Əmtəə nişanı nədir?
Əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).
Sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və göstərilənlərin hər hansı uzlaşması əmtəə nişanı kimi qeydə alına bilər:
Əmtəə nişanlarının qeydiyyata alınması niyə vacibdir?
- Şirkəti haqsız rəqabətdən və qanun pozuntularından qoruyur. Bundan əlavə nişan üçüncü tərəfin qanunsuz istifadəsi və ya məhkəmə çəkişmələrində ortaya çıxan mübahisələr zamanı şirkətin mövqeyinin qorunması baxımından faydalıdır;
- Sahibkara müstəsna hüquq verir: yəni yalnız əmtəə nişanının sahibi nişan üzərində müstəsna hüquqa sahibdir və başqalarının da bu nişandan qanunsuz istifadə etməsinə qadağa qoya bilər;
- Bir istehsalçının həmcins olan əmtəə və xidmətlərinin digər istehsalçının əmtəə və xidmətlərindən fəqrləndirməsinə yardımçı olur.
- Əmtəə nişanının tanınması, məşhurluğu sahibinə bazarda daha çox gəlir əldə etməsinə kömək edir. Nişan sahibi müəyyən haqq müqabilində lisenziya müqaviləsi ilə müxtəlif şəxslərə nişandan istifadəyə icazə verə bilər;
- Qeydiyyatdan keçmiş əmtəə nişanı məhsulun yüksək keyfiyyətinə qarantiya vermiş olur və bu da istehlakçıların məhsula olan inamını artırmaqla yanaşı onu saxta məhsuldan ayırmağa da yardımçı olur.
Əmtəə nişanının qeydiyyata alınması proseduru
Əmtəə nişanlarının qeydiyyata alınması barədə iddia sənədi iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə təqdim edilir. İddia sənədi ərizədən və ona əlavə olunan zəruri sənədlərdən ibarət olmaqla bir əmtəə nişanına aid olmalıdır.
Əmtəə nişanı barədə iddia sənədinin ekspertizası
Əmtəə nişanı barədə iddia sənədinin ekspertizası müəyyənləşdirilmiş qaydalara uyğun olaraq ilkin ekspertizadan və ekspertizadan ibarət olmaqla Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən həyata keçirilir.
- İlkin ekspertiza. Əmtəə nişanı barəsində iddia sənədlərinin ilkin ekspertizası iddia sənədlərinin daxil olduğu tarixdən 1 ay müddətində aparılır.
- Əmtəə nişanlarının ekspertizası. Əmtəə nişanının ekspertizası ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır.
Legalize komandasının bu sahədə təcrübəsi:
- İtaliya şirkətinə seleksiya nailiyyətləri haqqında qanunvericilik barədə məsləhətin verilməsi;
- Azərbaycanın böyük investisiya şirkətlərindən birinin əmtəə nişanının qeydiyyata alınması;
- İctimai iaşə obyektlərindən birinin əmtəə nişanının qeydiyyata alınması;
- Xarici investisiyalı şərabçılıq şirkətinin müxtəlif əmtəə nişanlarının qeydiyyatı.
Şirkətin təsisçi-partnyoru Fuad Qəşəmov Rusiyanın və Ukraynanın qənnadı istehsalı ilə məşğul olan böyük şirkətlərini mürəkkəb əqli mülkiyyət mübahisələri üzrə (20-dən artıq əmtəə nişanı), Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasında, Bakı İnzibati Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə uğurla təmsil etmişdir.