AZE

  • RUS
  • ENG

B. e. - Cümə 09:00 - 18:00

Xocalı pr. 37 (Dəmirçi Plaza)

Dövlət satınalmaları

Biz, müştərilərimizə dövlət satınalmaları qanunvericiliyinin tətbiqi ilə bağlı hüquqi və məsləhət xidmətləri göstəririk.

Bu sahədə xidmətlərimizdən həm satınalan təşkilatlar, həm də malgöndərənlər (podratçılar) faydalana bilər.

Xidmətlərimizə aşağıdakılar daxildir:

  • Dövlət satınalmaları qanunvericiliyinin tətbiqi ilə bağlı hüquqi rəylərin verilməsi;
  • Bir mənbədən satınalma metodundan istifadə zamanı hüquqi dəstək;
  • Satınalan təşkilatlar üçün elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi və prosesin tam hüquqi müşayiət olunması;
  • Satınalan təşkilatlar üçün kotirovka sorğusu prosedurunun keçirilməsi və həmin prosedurun tam hüquqi müşayiət olunması;
  • Satınalan təşkilatlar üçün təkliflər sorğusu prosedurunun keçirilməsi və həmin prosedurun tam hüquqi müşayiət olunması;
  • Malgöndərənlər (podratçılar) üçün elektron satınalma vasitəsilə açıq tenderdə iştirakla bağlı zəruri sənədlərin hazırlanması, satınalan təşkilata təqdim olunması və prosesin hüquqi müşayiət olunması;
  • Malgöndərənlər (podratçılar) üçün kotirovka və ya təkliflər sorğusunda iştirakla bağlı zəruri sənədlərin hazırlanması, satınalan təşkilata təqdim olunması və prosesin hüquqi müşayiət olunması;
  • Satınalan təşkilatların hərəkət və ya hərəkətsizliyindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayətlərin verilməsi;
  • Satınalan təşkilatların hərəkət və ya hərəkətsizliyindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə malgöndərənlər (podratçılar) tərəfindən verilmiş şikayətlərlə bağlı satınalan təşkilatların hüquq və mənafelərinin müdafiəsi;
  • Dövlət satınalmaları ilə bağlı yaranmış mübahisələrin məhkəmə qaydasında həlli ilə bağlı hüquqi xidmətlərin göstərilməsi.
Bizə müraciət edin
Bloqumuz

Hüquqi yazılar, məqalələr və xəbərlər

Bloqumuzda maraqlı hüquqi araşdırmalar, qanunvericilikdəki dəyişikliklərlə bağlı təhlillər və digər hüquq xəbərləri barədə məlumatlar əldə edə bilərsiniz.