Müştərilərimizin ehtiyaclarını nəzərə alaraq aşağıdakı xidmət haqqı seçimlərini təklif edirik:
Saathesabı ödəniş – professional xidmətlərin göstərilməsi ilə bağlı ənənəvi xidmət haqqı modelidir və sərf olunan saatlara görə saatlıq tarif tətbiq edilməklə ümumi xidmət haqqı müəyyən edilir.
Sabit məbləğ – əvvəlcədən müəyyən edilmiş dəqiq iş həcminə görə müştərilərə ən uyğun xidmət haqqı modelidir.
Limitləşdirilmiş məbləğ – iş həcmi qeyri-müəyyən və böyük olduqda müştərinin əvvəlcədən həmin iş üçün müəyyən edilmiş büdcəsini aşmamaq üçün limitləşdirilmiş məbləğ müəyyən edilə bilər. Bu halda iş həcminin nə qədər böyük olmasından və işin icrasına nə qədər çox vaxt sərf edilməsindən asılı olmayaraq məbləğ maksimal limiti aşmayacaq və əksinə işin icrasına nəzərdə tutulandan az vaxt sərf olunarsa, məbləğ saathesabı tarif tətbiq edilməklə hesablanaraq maksimal limitləşdirilmiş məbləğdən daha az ola bilər.
Qarışıq model – yuxarıda qeyd olunan xidmət haqqı modellərindən bir neçəsini tətbiq etməklə qarışıq modeli də xidmət haqqı təklifimizi müştərilərimizin büdcəsinə uyğunlaşdırmaq üçün təklif edə bilərik.