Aze AZE

B. e. - Cümə 09:00 - 18:00

Dəmirçi Plaza, 16-cı mərtəbə

Məqsədimiz, missiyamız və korporativ dəyərlərimiz

Məqsədimiz

Azərbaycanda biznes hüququ, kommersiya mübahisələrinin həlli, komplayens və hüquqi islahatlar sahəsində ən aparıcı və beynəlxalq reytinqli hüquq şirkətlərindən biri olmaqdır.
Hədəf müştərilərimiz dövlət orqanları və publik hüquqi şəxslər, yerli və xarici şirkətlərdir (xüsusilə, ABŞ, Böyük Britaniya, İtaliya, Türkiyə, Rusiya, Koreya, Yaponiya və Çin şirkətləri).

Missiyamız

Legalize Hüquq Şirkətinin missiyası aşağıdakılardan ibarətdir:

  • Aparıcı yerli və xarici şirkətlərin hüquq sahəsində etibarlı tərəfdaşı olmaq;
  • Dövlətin apardığı institusional və iqtisadi islahatlara hüquqi dəstək vermək;
  • Müştərilərimizə münasib qiymətə yüksək keyfiyyətli hüquqi xidmətlər göstərmək.
Bizim korporativ dəyərlərimiz:

Empatiya – Biz, müştərilərimizin ehtiyaclarını dəqiq müəyyən edə bilmək və onlara spesifik praktiki həllər təqdim edə bilmək üçün özümüzü onların yerinə qoya və müştərilərimizin problemlərinə onların gözləri ilə baxa bilirik.

Sinerji – Biz, korporativ müştərilərimizin daxili komandasını proseslərdən kənar təsəvvür etmirik. Onlarla interaktiv şəkildə fəaliyyət göstərməklə və onların müvafiq sahə üzrə texniki təcrübələrindən faydalanmaqla sinerji effekti yaradırıq və müştərilərimizin işinə daha çox töhfə vermək məqsədini güdürük. 

Etibarlılıq – Biz, sizin biznesiniz və hüquq arasında etibarlı körpü rolunu oynayırıq. Biznesinizin/təşkilatınızın mənafeyini və maraqlarını bizə rahat şəkildə etibar edə bilərsiniz. Sizin gözləntilərinizi və güvəninizi doğrultmaq bizim əsas məqsədimizdir.

Fərdi yanaşma – Müştərilərimizin hər biri bizim üçün çox dəyərlidir və biz, onların hər birinə xüsusi qayğı ilə və individual yanaşırıq.

Proaktivlik – Biz, müştərilərimizin problemlərinə/risklərinə reaktiv deyil (hadisə baş verəndən sonra), proaktiv (hadisə baş verməmişdən əvvəl) yanaşmağı üstün tuturuq. Proaktiv olmaqla biz, müştərilərimizin biznes risklərini azaltmış oluruq.

Mükəmməllik – Biz, gördüyümüz işi mümkün olan ən yaxşı səviyyədə yerinə yetirmək üçün bütün bacarıqlarımızı səfərbər edirik.