Legalize Hüquq Şirkəti 2021-ci ilin may ayında kommersiya hüququ sahəsində 12 ildən artıq təcrübəyə malik olan təsisçi-partnyorlar Fuad Qəşəmov və Ruslan Bayramov tərəfindən təsis edilib.
Şirkət öz sahəsi üzrə ixtisaslaşmış nəticəyönümlü hüquqşünaslardan ibarət peşəkar komandaya malikdir.
Komanda üzvlərimizin hüquq təcrübəsi bir çox sahəni, xüsusilə, neft-qaz, turizm, tikinti, daşınmaz əmlak, bank, sığorta, lizinq, informasiya texnologiyaları, telekommunikasiya, qənnadı məmulatlarının və brend geyim məhsullarının istehsalı və satışı, nəqliyyat, ticarət gəmiçiliyi, təhsil, mədəniyyət, investisiya və ixrac sahələrini əhatə edir.
Azərbaycan, rus, ingilis və türk dilləri olmaqla, müştərilərimizə 4 dildə hüquq xidmətləri göstəririk.
Hüquq xidmətlərimizdən faydalanmaq istəyirsinizsə, bizə aşağıdakı əlaqə məlumatları vasitəsilə müraciət edə bilərsiniz.
ƏlaqəXocalı pr. 37 (Dəmirçi Plaza)