Əli Əliyev hüquq və insan resursları sahəsində 10 ildən artıq təcrübəsi olan hüquqşünas və menecerdir. O, 2008-ci ildə Qafqaz Universitetində “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr təhsilini, 2015-2017-ci illərdə Nottingham Trent Universitetində “Beynəlxalq ticarət və kommersiya hüququ” ixtisası üzrə magistr təhsilini bitirib.
Əli Əliyev 2009-2011-ci illərdə müxtəlif konsaltinq şirkətlərində hüquqşünas kimi fəaliyyət göstərmiş, 2011-2012-ci illərdə Azrsun Holdingdə İnsan Resursları Departamentində əmək hüququ tətbiqi üzrə mütəxəssis, 2012-2013-cü illərdə Hidro-Lotus MMC-də hüquqşünas vəzifəsində, 2013-2014-cü illərdə Ekvita hüquq şirkətində hüquqşünas, 2014-2017-ci illərdə “Bakı Metropoliteni” QSC-də baş hüquqşünas vəzifələrində çalışmışdır.
Əli Əliyev çalışdığı müəssisələrdə korporativ idarəetmənin təşkili, müqavilələrin tərtibi, kommersiya mübahisələrinin həlli (tikinti və layihələndirmə sahəsində çalışan beynəlqxalq şirkətlə milyonluq müqavilə mübahisələrinin həlli), müqavilə danışıqlarının aparılması (FİDİC müqavilə şərtlərinə uyğun dəyəri milyondan yuxarı olan tikinti müqavilələrinin tərtibi, istehsalatın və yeni sahələrin qurulması istiqamətində əcnəbi şirkətlərlə dəyəri milyondan yuxarı olan müqavilələrin tərtibi), əmək qanunverciciliyinin düzgün tətbiqi, əmək mübahisələri məhkəmə qaydasında (50-dən çox) həlli sahəsində ixtisaslaşmışdır.
O, 2017-ci ildən “Bakı Metropoliteni” QSC-də İnsan Resursları və Layihələrin İdarə edilməsi Departamentinin rəhbəri kimi çalışır. 2017-ci il tarixdən beynəlxalq təcrübəni öyrənərək bir çox layihələrin icrasını həyata keçirərək, insan resurslarının idarə edilməsi sahəsində yenilikləri tətbiq etmişdir. İcra edilən layihələr:
Əli Əliyev aşağıdakı təlimlərdə iştirak etmişdir:
Yerli təlimlər
Beynəlxalq təlimlər
Digər fəaliyyətləri: