ENG

  • AZE
  • RUS

Monday - Friday 9:00 - 18:00

Demirchi Tower, 16th Floor

“Miqrasiya sahəsində praktiki məsələlər” mövzusunda seminar

“Miqrasiya sahəsində praktiki məsələlər” mövzusunda seminar

“Miqrasiya sahəsində praktiki məsələlər” mövzusunda seminar

27.10.2023

“Bakı Metropoliteni” QSC-nin “Legalize Academy” ilə əməkdaşlığı çərçivəsində, universitet tələbələrinin və məzunların potensialını artırmağa və biliyini zənginləşdirməyə töhfə vermək məqsədi ilə ödənişsiz əsaslarla “Miqrasiya sahəsində praktiki məsələlər” mövzusunda 17 noyabr 2023-cü il tarixində, saat 15:00-da “Bakı Metropoliteni” QSC-nin Təlim Tədris Mərkəzində seminar təşkil ediləcək. Seminarda öyrənəcəksiniz:
  • Miqrasiya qanunvericiliyində ən son dəyişikliklər;
  • Əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması;
  • Əcnəbilər üçün müvəqqəti yaşamaq icazəsinin alınması;
  • Əcnəbilər üçün iş icazəsinin alınması;
  • Əcnəbilər üçün daimi yaşamaq icazəsinin alınması;
  • Qeyd olunan prosedurlarla bağlı tələb olunan sənədlər və anketlərin doldurulması.
Təlimçilər: “Legalize” Hüquq Şirkətinin hüquqşünasları Emin Musayev və Fuad Osmanov
 
Karyeranızı möhkəm təməllər üzərində qurmaq istəyirsinizsə şəxsi inkişafınız üçün bu fürsəti qaçırmayın!
 
Yerlər məhduddur.
 
Əlaqə məlumatları:
051 303 34 60 (WhatsApp)
012 310 34 60