ENG

  • AZE
  • RUS

Monday - Friday 9:00 - 18:00

Demirchi Tower, 16th Floor

“Cinayət prosesində iştirak edən şəxslərin müdafiə təminatlarının xüsusiyyətləri” mövzusunda master-klass

03.11.2023

Legalize Academy hüquq tələbələri, praktik hüquqşünaslar və vəkillər üçün “Cinayət prosesində iştirak edən şəxslərin müdafiə təminatlarının xüsusiyyətləri” mövzusunda master-klass təşkil edir. 
 
Master-klass 23 noyabr 2023-cü il tarixində, saat 18:00-da cinayət hüququ sahəsində 20 ildən artıq müddətdə təcrübəsi olan peşəkar vəkil Vüsal Orucov tərəfindən keçiriləcək. Master-klassda öyrənəcəksiniz:
• Cinayət işlərində vəkilin diqqət yetirməli olduğu əsas məqamlar;
• Sübutetmə ilə bağlı məsələlər;
• İbtidai istintaqda müdafiə taktikası;
• Məhkəmədə müdafiə taktikası;
• Şahidin, zərərçəkmiş şəxsin, şübhəli və təqsirləndirilən şəxsin müdafiə və təmsilçilik taktikasının ayrı-ayrı elementləri.
 
Master-klass ödənişlidir və tələbələr üçün 20% endirim tətbiq ediləcək. 
Şəxsi inkişafınız üçün bu fürsəti qaçırmayın!
Yerlər məhduddur.
Əlaqə məlumatları:
051 303 34 60 (WhatsApp)
012 310 34 60