“Bakı Metropoliteni” QSC-nin “Legalize Academy” ilə əməkdaşlığı çərçivəsində, universitet tələbələrinin və məzunların potensialını artırmağa və biliyini zənginləşdirməyə töhfə vermək məqsədi ilə ödənişsiz əsaslarla “Miqrasiya sahəsində praktiki məsələlər” mövzusunda 17 noyabr 2023-cü il tarixində, saat 15:00-da “Bakı Metropoliteni” QSC-nin Təlim Tədris Mərkəzində seminar təşkil ediləcək. Seminarda öyrənəcəksiniz:
- Miqrasiya qanunvericiliyində ən son dəyişikliklər;
- Əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması;
- Əcnəbilər üçün müvəqqəti yaşamaq icazəsinin alınması;
- Əcnəbilər üçün iş icazəsinin alınması;
- Əcnəbilər üçün daimi yaşamaq icazəsinin alınması;
- Qeyd olunan prosedurlarla bağlı tələb olunan sənədlər və anketlərin doldurulması.
Təlimçilər: “Legalize” Hüquq Şirkətinin hüquqşünasları Emin Musayev və Fuad Osmanov
Karyeranızı möhkəm təməllər üzərində qurmaq istəyirsinizsə şəxsi inkişafınız üçün bu fürsəti qaçırmayın!
Yerlər məhduddur.
Əlaqə məlumatları:
info@legalize.az
051 303 34 60 (WhatsApp)
012 310 34 60