AZE

  • RUS
  • ENG

B. e. - Cümə 09:00 - 18:00

Xocalı pr. 37 (Dəmirçi Plaza)

Legalize Hüquq Şirkəti KOB İnkişaf mərkəzləri ilə əməkdaşlıq edir

Legalize Hüquq Şirkəti KOB İnkişaf mərkəzləri ilə əməkdaşlıq edir

Legalize Hüquq Şirkəti KOB İnkişaf mərkəzləri ilə əməkdaşlıq edir

23.10.2021

Legalize Hüquq Şirkətinin təsisçi-partnyorları Fuad Qəşəmov və Ruslan Bayramov KOBİA tərəfindən təsis edilən Zaqatala-Balakən KOB İnkişaf Mərkəzi və Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzi ilə təlimlərin keçirilməsi sahəsində əməkdaşlıq edir.  

Əməkdaşlıq çərçivəsində Ruslan Bayramov 21 avqust 2021-ci il tarixində Zaqatala-Balakən KOB İnkişaf Mərkəzində sahibkarlara “Biznesə başlama və vergi güzəştləri” mövzusunda təlim keçmişdir.  

Təlim zamanı iştirakçılara biznes anlayışı, biznes subyektləri, biznes fəaliyyətinin formaları, hüquqi şəxslər və onların növləri, kommersiya hüquqi şəxsləri, sahibkarlıq subyektlərinin məsuliyyəti, biznesə başlama, hüquqi şəxslərin dövlət qeydiyyatı, vergi ödəyicisinin uçotu, sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü, vergilər, azadolmalar, güzəştlər, xüsusilə, gəlir vergisi, mənfəət vergisi, əmlak vergisi və s. barədə ətraflı məlumat verilmiş və sahibkarların sualları cavablandırılmışdır.  

29 avqust 2021-ci il tarixində isə Fuad Qəşəmov tərəfindən Şamaxı-İsmayıllı KOB İnkişaf Mərkəzində sahibkarlara “Müvəkkil kredit təşkilatlarına müraciətlər” mövzusunda təlim keçirilmişdir.

Təlim zamanı iştirakçılara İqtisadiyyat Nazirliyi tabeliyində Sahibkarlığın İnkişafı Fondu (SİF) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi, SİF və AKİA tərəfindən maliyyələşdirmə həyata keçirilməsi üçün iqtisadiyyatın prioritet istiqamətləri, müvəkkil kredit təşkilatlarının siyahısı, SİF və müvəkkil kredit təşkilatlar arasında əməkdaşlığın hüquqi mexanizmi, müvəkkil kredit təşkilatlarına müraciət qaydaları, prosedurlar, mərhələlər, müddətlər, güzəştli kredit vəsaitlərinin hədləri, tələb olunan sənədlər, təminatlar və s. barədə ətraflı məlumat verilmiş və iştirakçıların sualları cavablandırılmışdır.

Fuad Qəşəmov tərəfindən 06 sentyabr 2021-ci il tarixində eyni mövzuda onlayn təlim Zaqatala-Balakən KOB İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həmin regiondan olan sahibkarlar üçün keçirilmiş və iştirakçıların suallarına təlimçi tərəfindən cavab verilmişdir.