AZE

  • RUS
  • ENG

B. e. - Cümə 09:00 - 18:00

Xocalı pr. 37 (Dəmirçi Plaza)

Cinayət prosesi ilə bağlı master-klass uğurla başa çatmışdır.

Cinayət prosesi ilə bağlı master-klass uğurla başa çatmışdır.

Cinayət prosesi ilə bağlı master-klass uğurla başa çatmışdır.

24.11.2023

23 noyabr 2023-cü il tarixində “Legalize Academy”nin təşkilatçılığı ilə cinayət hüququ sahəsində 20 illik təcrübəyə malik  peşəkar vəkil Vüsal Orucov tərəfindən hüquq fakültəsinin tələbələrinə, praktik hüquqşünaslara və vəkillərə “Cinayət prosesində iştirak edən şəxslərin müdafiə təminatlarının xüsusiyyətləri” mövzusunda master-klass keçirilmişdir.
3 saat davam edən master-klassda ibtidai araşdırma və  məhkəmə baxışı zamanı istifadə edilən müdafiə taktikaları, cinayət təqibi üzrə icraat başa çatanadək sübutetmə ilə bağlı tez-tez rast gəlinən problem və onların həlli yolları, cinayət prosesi sahəsində formalaşmış vahid məhkəmə praktikası haqqında ətraflı məlumat verilmiş, habelə şahidin, zərərçəkmiş şəxsin, şübhəli və təqsirləndirilən şəxsin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinin və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları təhlil edilmişdir.
Master-klassın sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.