“Bakı Metropoliteni” QSC və Legalize Academy əməkdaşlığı çərçivəsində, universitet tələbələrinin potensialını artırmağa və biliyini zənginləşdirməyə tövhə vermək məqsədi ilə ödənişsiz əsaslarla aşağıdakı sahələrdə seminarlar təşkil ediləcək.
- İnsan Resurslarının idarə edilməsi, karyera planlama, işə qəbul və s.;
- Əmək haqqı və onun hesablanması;
- Mühasibat uçotu;
- Əməyin təhlükəsizliyi;
- Hüquqi məsələlərin tənzimlənməsi, müqavilələrin tərtibi və s.
Seminarlarda iştirak etməklə Siz:
- İxtisasınızla bağlı incəlikləri uzun illərin təcrübəsinə malik ekspertlərdən öyrənəcəksiniz.
- Sahə üzrə son yeniliklər və texnologiyalar haqqında ətraflı məlumat əldə edəcəksiniz.
- Real kazuslar üzərindən təcrübə mübadiləsi və əməkdaşlıq imkanı qazanacaqsınız.
Seminarlarımızın tarixləri və ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.
Karyeranızı möhkəm təməllər üzərində qurmaq istəyirsinizsə şəxsi inkişafınız üçün bu fürsəti qaçırmayın!
Yerlər məhduddur.
Əlaqə məlumatları:
051 303 34 60 (WhatsApp)
012 310 34 60